Azərbaycan çempionatının II Liqasında 2024/25 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Mükafatlandırma mərasimi bu gün keçiriləcək. Tədbir Binə qəsəbə stadionunda baş tutacaq.
Saat 16:00-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.
Qeyd edək ki, II Liqada “Şahdağ Qusar” çempion olub. “Şəfa” 2-ci, “Şimal” 3-cü yeri tutub. 31 qol vuran Vidadi Cəfərov (“Şəmkir”) yarışın bombardiri olub.