Bu gün AFFA Region Liqasında qalib müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda həm 3-cü yer uğrunda görüş, həm də final qarşılaşması keçiriləcək.
“Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.
Qeyd edək ki, 3-cü yer uğrunda matç Emin Əliyevə, final qarşılaşması isə Premyer Liqa hakimi Cavid Cəlilova tapşırılıb.
Region Liqası
22 may
3-cü yer uğrunda oyun
14:00. “Göyəzən” – “Ağstafa Gəncləri”
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu
Final
17:00. “Şirvan” – “Xankəndi”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov