Braziliyalı fenomen Ronaldo "Valyadolid"dən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Valyadolid”in direktorlar şurasının sədri və əsas səhmdarı Ronaldo Avropa fondunun maliyyə dəstəyi sayəsində klubdakı əsas payının Şimali Amerika investisiya qrupuna verilməsi ilə bağlı müqavilənin imzalayıb. Klub yaxın günlərdə yeni layihə haqqında daha ətraflı məlumatı açıqlayacağını vəd edib.
Qeyd edək ki, "Real Madrid"in keçmiş ulduzu "Valyadolid"in uğursuzluğu fonunda yerli azarkeşlərin güclü təzyiqi ilə üzləşmişdi. Tərəfdarlar "Yekədiş"i komandanın düşdüyü vəziyyətin günahkarı kimi görürdülər.
“Valyadolid” La Liqanın 37 turunda cəmi 16 xal toplayıb və elitanı tərk edəcəyi çoxdan dəqiqləşib. Komanda İspaniya çempionatının son turunda səfərdə “Leqanes”lə qarşılaşacaq.
Mirağa