İtaliya A Seriyasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
"Napoli"nin baş məşqçisi Antonio Konte bütün rəqiblərini qabaqlayaraq mükafata yiyələnib.
"Napoli" İtaliya çempionatının sonuncu - 38-ci turunda doğma meydanda "Kalyari"ni məğlub edib (2:0). Beləliklə, Neapol təmsilçisi ötən mövsümün çempionu "İnter"i 1 xal qabaqlayıb və ölkə çempionatı tarixində 4-cü kubokunu qazanıb.
Konte ötən yay komandaya baş məşqçi təyin edilib. Bu, onun A Seriyasında beşinci çempionluğudur. 2011/12, 2012/13 və 2013/14 mövsümlərində "Yuventus"un sükanı arxasında çempionluq qazanan təcrübəli mütəxəssis 2020/21 mövsümündə "İnter"lə Skudetto əldə edib.