"Barselona"nın yarımmüdafiəçisi Ansu Fati yay "transfer pəncərəsi"ndə klubunu dəyişəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, o, "Monako"ya keçməyə yaxındır. Tərəflərin alğı-satqı müqaviləsi bağlamaq üzrə olduqları bildirilir. Müqavilədə kataloniyalılar üçün onu müəyyən məbləğə geri almaq maddəsi də yer alacaq.
Fati 2024/25 mövsümündə bütün turnirlərdə (biri əsas heyətdə) cəmi 11 oyun keçirib, qol vurmayıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu karyerası ərzində ümumilikdə 14 dəfə zədə alaraq 672 gün meydana çıxa bilməyib.
Mirağa