İspaniya La Liqasına yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Barselona"ın "Real Madrid"i 4 xal fərqlə məğlub edərək qalib olduğu liqanın ən yaxşı oyunçuları da müəyyənləşib.
"WhoScored" statistika portalının hesabatına görə, orta bal qiymətləndirməsi üzrə ən yaxşı oyunçu kataloniyalıların 17 yaşlı vingeri Lamin Yamal olub. Onun performansı hər oyunda orta hesabla 8,01 xala bərabərdir. İkinci yeri 7,75 balla "Real Madrid"in ulduzu, çempionatın bombardiri Kilian Mbappe, üçüncü yeri isə 7,62 balla Yamalın komanda yoldaşı Rafinya Dias tutub.
Reytinqdə dörd-beşinci yerləri Robert Levandovski (“Barselona”) ilə Cud Bellinqem (“Real Madrid”) bölüşüblər – hər biri 7,27. "Kral klubu"nun digər təmsilçisi Vinisius Junior isə bir qədər geridə qalıb (7,23).
“Barselona” və ya “Real Madrid”də oynamayan ən yaxşı futbolçu “Vilyarreal”dan Aleks Baenadır. İlk "10-luğ"a həmçinin, İsko (“Betis”), Pedri (“Barselona”) və Federiko Valverde (“Real”) daxildir.
Mirağa