İtaliya A Seriyasında 5-ci yeri tutaraq Çempionlar Liqasından kənarda qalan "Roma"nın baş məşqçisi Klaudio Ranyeri emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti Ranyerinin oyunsonrası mətbuat konfransındakı fikirlərini belə təqdim edib:
"Bu gün "Milan"la matçın ikinci hissəsindəki müsbət məqamlardan ilhamlanaraq oyunu əla keçirdik. Əlimizdən gələni etdik, amma Çempionlar Liqasıa düşə bilmədik. "Yuventus"u təbrik edirəm. Azarkeşlərimizə çox yazığım gəlir".
Qeyd edək ki, paytaxt klubu 38-ci turda “Torino”ya 2:0 hesabı ilə qalib gələrək xallarını 69-a çatdırsa da, dördüncü yeri tutub ÇL-ə vəsiqə qazanan “Yuventus”dan cəmi bir xal geri qalıb. “Qurdlar” Avropa Liqasında yarışacaq.
Mirağa