"Mançester Yunayted" klubu yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı hücumçu Liam Delap "İpsviç"i Premyer Liqanın nəhənginə dəyişəcək. Gənc forvardın transferi “qırmızı şeytanlar”a 30 milyon avroya başa gələcək. Delapa 2030-cu ilə qədər davam edəcək uzunmüddətli müqavilə təklif olunacaq.
Hücumçu 2024/2025 mövsümündə 39 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" Delapın dəyərini 35 milyon avro qiymətləndirirlər.
Mirağa