İngiltərədə qapısını toxununlmaz saxladığı oyunların sayına görə qolkiperlərə verilən "Qızıl əlcək" mükafatının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu göstəricidə eyni oyun sayına malik iki əlcək sahibi İngiltərə Premyer Liqasının ən yaxşı qapıçıları seçiliblər.
Söhbət “Arsenal”ın qapıçısı David Raya və “Nottingem Forest”in qapıçısı Mats Sels 2024/25 mövsümünün ən yaxşıları olublar və hər ikisi "Qızıl əlcək" alıblar.
Raya və Sels eyni sayda - hər biri 13 matçda "quru" oyun keçirib.
Qeyd edək ki, bu, 2004/05-ci il mövsümündə mükafat təsis olunduqdan sonra üçüncü belə haldır. David Raya üçün bu mükafat onun karyerasında ikinci, Sels üçün isə ilkdir.
“Arsenal” mövsümün sonunda turnir cədvəlini 2-ci, “Nottingem Forest” isə 7-ci yerdə başa vurub. "Topçular" Çempionlar Liqasında, "meşəbəyilər" Konfrans Liqasında çıxış edəcəklər.
Mirağa