Rusiya prezidenti Vladimir Putin "Krasnodar"ı çempion olması münasibətilə təbrik edib.
Fanat.Az "Match TV"-yə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Putin Krasnodar diyarının qubernatoru və “Krasnodar” komandasının baş məşqçisi Murad Musayevə zəng edərək onları Rusiya çempionatında qələbə münasibətilə təbrik edib”.
Maraqlıdır ki, Putin klub prezidenti Sergey Qalitskini təbrik etməyi lazım bilməyib.
"Sabah"ın sabiq çalışdırıcısı ölkə başçısının ona zəng etməsi barədə təəssüratlarını bölüşüb:
"Gördüyümüz işdən məmnunluq hiss edirəm. Biz hər şeyi mümkün qədər yaxşı etdik və məqsədimizə nail olduq. Vladimir Putinin klubumuzu qələbə münasibəti ilə təbrik etməsindən çox şadıq. Səmimi sözlər söylədi. Bu, mənim üçün xüsusi an idi. Bir az həyəcanlı və eyni zamanda çox xoş oldu. Onun zəngi ilə fəxr etdim”.
Qeyd edək ki, “Krasnodar” 17 illik tarixində ilk dəfə titul qazanıb. Beləliklə, "Zenit"in Rusiya Premyer Liqasındakı 6 illik hegemonluğuna son qoyulub.
Mirağa