"Barselona" "Espanyol" komandasının qapıçısı Joan Qarsiyanı transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena Ser" yayıb.
Mənbənin məlumatına görə, klub artıq futbolçu ilə prinsipial razılığa gəlib. Kataloniya nəhənginin tezliklə 30 milyon avroluq sərbəst qalma müddəasını ödəyəcəyi bildirilir.
Onunla "Betis" və "Valensiya"da maraqlanır.
24 yaşlı Qarsiya cari mövsümdə 38 oyunda 51 qol buraxıb və 8 dəfə qapısını təmiz saxlayıb.
Mirağa