"Çelsi"nin hücumçusu Kristofer Nkunku İngiltərə Premyer Liqasının başqa klubunda çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” 27 yaşlı fransalı forvardın xidmətində maraqlıdır. Londonun digər təmsilçisinin onun keçidi ilə bağlı təklif hazırladığı və tezliklə qarşı tərəflə danışıqlara başlayacağı bildirilir.
"Transfermarkt" Nkunkunun transfer dəyəri 45 milyon avro qiymətləndirir. Kristoferin "zadəganlar"la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonunda başa çatır.
Hücumçu son İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa