"Milan" klubu rəsmi saytı vasitəsilə yeni idman direktorunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən posta İqli Tare təyin olunub.
Müstəsna səlahət sahibi olacaq mütəxəssis işinin nəticələri barədə birbaşa klubun baş direktoru Corcio Furlaniyə hesabat verəcək. Ondan klubun sistemini yenidən qurmaq və ilk növbədə, yeni baş məşqçi təyin etmək istənilib.
Tare İtaliya futbolunda böyük təcrübəyə malikdir. O, futbolçu karyerası ərzində “Breşiya”, “Bolonya” və “Latsio”da çıxış edib.
Albaniyalı karyerasını başa vurduqdan sonra Roma klubunda qalıb və 15 il idman direktoru vəzifəsini tutub. Onun rəhbərliyi altında “qartallar” üç dəfə İtaliya kuboku və eyni sayda Superkubok qazanıb.
"Milan" bu mövsüm A Seriyasını səkkizinci yerdə başa vurub.
Mirağa