"Şamaxı" klubu legioneri Leroy Mikelslə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Forvard "Şamaxı"ya ötən yay Səudiyyə Ərəbistanının “Əl-Taraci” klubundan gəlmişdi. 30 yaşlı futbolçu Mönhenqladbax “Borussiya”sının yetirməsidir. O, karyerası ərzində “Duysburq”, “Oberhauzen”, “Monheym”, “Türkgücü”, “Spartak” (Varna), “Alemanniya”, “Sankt Pauli” kimi klublarda da forma geyinib.
Onu da qeyd edək ki, Leroy hazırda “Sabah”da forma geyinən hücumçu Coy-Lens Mikelsin qardaşıdır.