"Çelsi" İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vurub.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, londonlular mövsümü Çempionlar Liqasına vəsiqə ilə yanaşı, rekord nəticə ilə də yekunlaşdırıb.
"Çelsi"nin bu mövsümkü start heyətinin orta yaş həddi 24 yaş 36 gün olub. Beləliklə, "zadəganlar" Premyer Liqa tarixinə ən gənc komanda kimi düşüb. Sözügedən komanda həmçinin, Çempionlar Liqasına vəsiqə qazanan ən gənc İngiltərə təmsilçisi olub.
"Çelsi" Premyer Liqada mövsümün son matçında "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub edib. "Mavilər" mayın 28-də UEFA Konfrans Liqasının finalında “Betis”lə qarşılaşacaq.
Mirağa