Ötən həftəsonu Rusiya çempionatının qalibi olan "Krasnodar" klubunda ayrılıqlar yaşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sabah"ın sabiq çalışdırıcısı Murad Musayevin baş məşqçisi olduğu "Krasnodar"ı birdən-birə üç futbolçu tərk edib.
Hücumçu Fyodor Smolov, yarımmüdafiəçi Yuri Qazinski və qapıçı Yuri Dyupin müqavilələrinin başa çatması ilə əlaqədar çempionun sıralarından ayrılıblar.
Smolov bu mövsüm 24 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. 35 yaşlı Qazinski isə 200 dəqiqə meydanda olub, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 37 yaşlı Dyupin isə yalnız Rusiya kubokunda 5 oyun keçirib, 10 qol buraxıb və 1 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Krasnodar” 17 illik tarixində ilk dəfə titul qazanıb. Beləliklə, "Zenit"in Rusiya Premyer Liqasındakı 6 illik hegemonluğuna son qoyulub.
Mirağa