İsveçin "Faqersta Södra" klubunun 26 yaşlı isveçli futbolçusu Oskar Lindbom Faqersta şəhərində evdə baş verən yanğında ölüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Expressen.se" məlumat yayıb.
Bazar ertəsi səhər saatlarında yanğın yerinə təcili yardım xidmətləri gəlib. Evdə bir nəfər tapılıb və daha sonra xəstəxanaya aparılıb. Sonradan polis aldığı xəsarətlərdən ölən şəxsin Oskar Lindbom olduğunu açıqlayıb. Hüquq-mühafizə orqanları bu hadisədə cinayət çalarları olduğunu inkar edib.
Oskar qapıçı kimi çıxış edib. "Faqersta Södra" 1936-cı ildə yaradılıb, lakin heç vaxt İsveçin üçüncü divizionundan yuxarı qalxmayıb.
Mirağa