Əfsanəvi Zinəddin Zidan Fransa millisinə başçılıq etmək arzusunda olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, "Lequipe" təcrübəli məşqçinin dediklərini belə təqdim edib:
"Mən özümü vaxtilə oynadığım, 13-14 ilimi keçirdiyim Fransa millisində hiss edirəm. Təbii ki, bu mənim arzumdur, bu anı səbirsizliklə gözləyirəm.
Komandaya rəhbərlik edən məşqçi var, ona hörmət etmək lazımdır – və biz məhz bunu edirik. Mən həmişə futbola və insanlara hörmətlə yanaşmışam. Ona görə də indi bu barədə danışmaq üçün münasib vaxt olmaya bilər. Amma yeri gələndə belə bir fürsət yaranarsa, çox xoş olacaq.
Mən karyeramı bir müddət dayandırdım, amma özümü yararlı məşqçi kimi hiss edirəm".
Xatırladaq ki, Fransa millisinin baş məşqçisi Didye Deşam yanvarın əvvəlində verdiyi açıqlamada DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini bildirib.
Mirağa