"Şamaxı" müdafiəçisi Vasiliye Bakiç ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Serbiyalı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Bakiç ötən il Şamaxı klubuna transfer olunmuşdu.
"Şamaxı" bundan əvvəl Brahim Konate və Leroy Mikelslə yollarını rəsmən ayırıb, Kamal Bayramov isə karyerasını başa vurub.