Səudiyyə Ərəbistanı çempionatında mövsümün ən yaxşı oyunçusu mükafatının sahibi bəlli olub.
Fanat.Az xəbər verir ki, qalib “Əl-İttihad”da çıxış edən ulduz hücumçu Kərim Benzema olub.
Fransız forvard 21 qol və 9 məhsuldar ötürmə ilə komandasına çempionluq titulunu qazandırıb. 37 yaşlı futbolçu "Real Madrid"də birgə çıxışlarından yaxşı tanıdığı "Əl-Nəsr"li Kriştianu Ronaldunu qabaqlayıb. Portuqaliyalı superulduz liqanın qol yarışında 25 qolla bombardir olsa da, ən yaxşı oyunçu titulundan məhrum olub.
Kərim Benzema 14 illik "Real Madrid" karyerasının ardından 2023-cü ilin yayında "Əl-İttihad"a keçib.
Mirağa