"Real Madrid" cinah hücumçusu Rodriqo Qoes ilə bağlı fikrini dəyişib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı vingerin "Kral klubu"nda qalmaq ehtimalı yüksəkdir.
İspaniya nəhənginin rəhbərliyi yeni baş məşqçi Xabi Alonsonun gəlişindən sonra braziliyalını qarşıdakı yay transfer dönəmində satmaq fikrindən daşınıb. İspaniyalı çalışdırıcı Rodriqoya şans vermək niyyətindədir.
Qeyd edək ki, 2019-cu ildən "Real"da çıxış edən Rodriqo bu mövsüm komandanın heyətində 50 matça çıxaraq 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa