İngiltərə klubları 2024/25 mövsümündə əldə etdikləri uğurlar sayəsində tarixi rekord reallaşdırıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Bu, ötən gün “Çelsi”nin “Betis” üzərində 4:1 hesablı qələbə qazanaraq Konfrans Liqasının qalibi olması sayəsində gerçəkləşib. London təmsilçisi İngiltərədə mövsümü kubokla başa vuran 5-ci klub olub. Nəticədə, futbol tarixində ilk dəfə 5 fərqli İngiltərə klubu bir mövsümdə kubok qazanıb.
"Çelsi" Konfrans Liqasını qazanıbsa, "Liverpul" İngiltərə Premyer Liqasının "Nyukasl" Liqa Kubokunun, "Kristal Pelas" İngiltərə Kubokunun, "Tottenhem" UEFA Avropa Liqasının qalibi olublar.
Mirağa