Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Yay transfer dövrü bu il iyunun 19-dan sentyabrın 10-na qədər (saat 23:59) müəyyənləşdirilib. Qış "transfer pəncərəsi" isə 2026-cı il yanvarın 14-dən fevralın 10-na (saat 23:59) kimi davam edəcək.
2026-cı il martın 31-i azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.