"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu öncəsi mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün son oyunu ilə bağlı bunları deyib:
"Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir. Oyun neytral meydanda baş tutacaq. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Kubok əlavə prestijdir. Finalda da yaxşı nəticə əldə etmək istəyirik. "Sabah" yaxşı təşkilatlanmış komandadır. İddalıdırlar. Premyer Liqada beşinci yeri tutmağa layiq deyildilər. Daha yuxarı pillələrdə ola bilərdilər. Qarşımızda möhkəm komanda olacaq. Onlara qarşı oynamaq xoşdur. Hər iki komandaya uğurlar arzulayıram.
Çempionatın qalibi olmuşuq. Oyunçular hər zaman liderə qarşı istəkli olurlar. Biz də futbolçu olduğumuz dönəmdə bunu yaşamışıq. Avrokubokda iddialı klubla qarşılaşanda motivasiyamız yüksək olur. Məncə, "Sabah"la aramızda elə də böyük fərq yoxdur.
Sumqayıtda həmişə futbola böyük maraq olub. Futbolçular üçün də orada oynamaq xoş olacaq".
Penaltilər seriyasına ciddi hazırlıq görmürük. Sadəcə, bəzi məşqlərdə buna şərait yaradırıq".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.