Azərbaycanın II Liqasına vəsiqə uğrunda pley-off qarşılaşmasının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, sözügedən iştirakçısın adına II Liqada 13-cü yeri tutan k"Lerik" ilə Region Liqasının finalçısı "Şirvan" arasında bu gün neytral meydanda keçirilən bir oyundan ibarət matçda aydınlıq gəlib.
"ASCO Arena"da baş tutan oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. Belədə qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə vaxtda daha bir qol vuran "Şirvan" kollektivi qarşılaşmanı 3:2 hesabı ilə öz xeyrinə bitirib. "Lerik"in heyətində Zaur Nuruzadə 21-ci, Penci Ağazadə isə 45-ci dəqiqədə fərqlənib. Möhtəşəm geridönüş edən "Şirvan"a isə qələbəni Nurlan İsayev (45+2), Elcan Rəsulov (90+7) və Elgün Xəlilov (95-p.) qazandırıb.
Qeyd edək ki, bu nəticənin ardından "Şirvan" 2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb. Məğlub olan "Lerik" klubu isə yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq.