Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, çempionatın debütantı “Piza” onu baş məşqçi postuna gətirməyə çalışır.
Xatırladaq ki, Tedesko Millətlər Liqasının pley-off mərhələsi ərəfəsində Belçika millisindən qovulub. 39 yaşlı mütəxəssis həmçinin, "Leypsiq", "Şalke" və "Hoffenhaym"ın gənclər komandasında fəaliyyət göstərib. 2019-2021-ci illərdə isə Moskva "Spartak"ında çalışıb.
"Piza" 2024/25 mövsümünün yekununda A Seriyasına yüksəldikdən sonra baş məşqçi Filippo İnzaqi ilə müqavilənin müddətini uzadıb. Buna baxmayaraq, italyan çalışdırıcı “Piza”nı tərk etmək qərarına gəlib.
Mirağa