İngiltərə millisinin sabiq üzvü, hazırda MLS klubu "İnter Mayami"nin həmsahibi olan Devid Bekhem "Cəngavər" rütbəsi alacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
“Real Madrid”in və “Mançester Yunayted”in keçmiş əfsanəsi Bekhemə “Ser”, həyat yoldaşına isə “Ledi” titulu veriləcək. Mərasim iyun ayının sonunda baş tutacaq.
Qeyd edək ki, Böyük Britaniyada "Cəngavər" titulu hakim kral ailəsi tərəfindən ölkə qarşısında xidmətlərinə görə tanınan şəxslərə verilir.
Mirağa