DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, 3-cü tur çərçivəsində G, H və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.
Serbiya, Niderland və Avstriya seçmə mərhələdə ilk matçlarına çıxıblar. Serbiya təmsilçisi Albaniyadan "quru" heç-heçə ilə qayıdıbsa, Avstriya Rumıniya, Niderland Finlandiya üzərində qələbəyə sevinib.
İngiltərə yığması qonaq qismində Andorranı, Bosniya və Herseqovina seçməsi San Marinonu tək qolla yenib. Digər "cırtdan" - Malta isə öz meydanında Litva ilə bərabərliyə razılaşıb.
Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.
DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
7 iyun
G qrupu
Malta – Litva 0:0
Finlandiya – Niderland 0:2
Qollar: Depay, 6. Dumfris, 23.
Xal durumu: Polşa – 6. Finlandiya – 4. Niderland – 3. Litva – 2. Malta – 1.
H qrupu
Bosniya və Herseqovina – San Marino 1:0
Qol: Dzeko, 66.
Avstriya – Rumıniya 2:1
Qollar: Qreqoriç, 42. Zabitser, 60 – Alibek, 90+5.
Xal durumu: Bosniya və Herseqovina – 9. Avstriya – 3. Rumıniya – 3. Kipr – 3. San Marino – 0.
K qrupu
Andorra – İngiltərə 0:1
Qol: Keyn, 50.
Albaniya – Serbiya 0:0
Xallar: İngiltərə – 9. Albaniya – 4. Latviya – 3. Serbiya – 1. Andorra – 0.