ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino "Tottenhem"ə qayıtmaq ehtimalından danışıb.
Fanat.Az xəbər verir ki, ESPN argentinalı mütəxəssisin dediklərini belə çatdırıb:
“2019-cu ildə oradan ayrıldıqdan sonra hər dəfə vəzifə boş qalanda adım mütəmadi "Tottenhem"lə hallanır. Gördüm ki, klubun namizəd siyahısında 100 məşqçinin adı var və mən də onlardan biriyəm - bu, normaldır. Nəsə baş versə, mütləq bundan xəbər tutacaqsınız. Lakin hazırda bu, real deyil".
Poçettino 2014-2019-cu illərdə hotspurluları çalışdırıb və son mövsümündə komanda Çempionlar Liqasının finalına yüksəlib. Ancaq Poçettino növbəti mövsümün əvvəlində işdən çıxarılıb.
Məşqçi daha sonra PSJ və "Çelsi"ni çalışdırıb, 2024-cü ilin sentyabrından isə mütəxəssis ABŞ millisinə rəhbərlik edir.
Xatırladaq ki, "Tottenhem" iki gün əvvəl Ange Postekoğlunu istefaya göndərib.