"Barselona" Mark-Andre ter Ştegendən xilas olmağın yolunu tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, kataloniyalılar 33 yaşlı qolkiperə anlaşma təklif etməyə hazırlaşır: o, növbəti mövsüm (2025/26) üçün maaşını tam alacaq.
Bunun müqabilində almana azad agent statusu veriləcək və o, başqa digər klublarla danışıqlar apara biləcək.
Klub bunu ideal variant hesab edır, çünki ter Ştegenin transferindən pul qazanmaq istəyi prosesi ləngidə bilər.
"Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi qüvvədə olan Mark-Andre ter Ştegen klubun yeni qapıçı transferi ilə bağlı razılığa gəlməsinə baxmayaraq, Kataloniya komandasını tərk etmək fikrində deyil.
Mirağa