"Bayer Leverkuzen"in cinah oyunçusu Alexandro Qrimaldo karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Barselona" onu heyətinə cəlb etməyə can atır. Futbolçunun müqaviləsindəki sərbəst qalma məbləğinin aşağı olması kataloniyalılara cəlbedici görünür. Söhbət 18 milyon avrodan gedir ki, bu da onun bazar qiymətindən xeyli aşağıdır.
Xatırladaq ki, Qrimaldo “Barselona” akademiyasının yetirməsidir. Müdafiəçi 2023-cü ildən "Bayer"də çıxış edir. Son Bundesliqa mövsümündə o, 32 matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa