"Araz-Naxçıvan" futbolçusu Vanderson Melo ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Braziliyalı yarımmüdafiəçi daha bir il Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Slavik Alxasov və Qara Qarayevlə müqavilənin müddətini uzadıb, Vadim Abdullayevlə yollarını ayırıb.