"Real Madrid"in baş məşqçisi Xabi Alonso klub rəhbərliyindən yeni yarımmüdafiəçi ilə müqavilə imzalamağı tələb edib.
Fanat.Az xəbər verir ki, o, “Real Sosyedad”dan Martin Subimendini sərəncamında görmək istəyir.
Baxmayaraq ki, London "Arsenal"ı oyunçunun transferini həll etməyə daha yaxındır. İngilislər Subimendiyə mövsümdə təxminən 10 milyon avro təklif edir, "Real" isə ona təxminən 6-7 milyon avro vermək niyyətindədir.
Qeyd edək ki, Xabi Alonso bir vaxtlar "Real Sosyedad"ın ikinci komandasında Martin Subimendi ilə birgə çalışıb.
Mirağa