Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu kollektiv Bakıda Macarıstan yığması ilə qarşılaşıb.
Mərdəkanda "Liv Bona Dea Arena"da başı tutan qarşılaşmada yığmamız 1:2 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu ilk hissənin əvvəlində Renat Dadaşov vurub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qarşılaşmada qolsuz heç-heçə edib. Ölkənin bir nömrəli komandası növbəti oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək.
Yoldaşlıq görüşü
10 iyun
Azərbaycan - Macarıstan 1:2
Qol: Renat Dadaşov, 7 - Barnabas Varqa, 5. Dominik Soboslai, 33.
Hakimlər: Viktor Şimusik, Sergey Kasavets, Anton Qusev (hamısı Belarus), Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. "Liv Bona Dea Arena".
Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 18. Cəlal Hüseynov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 20. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 6. Səbuhi Abdullazadə, 11. Xəyal Əliyev, 15. Şahin Şəhniyarov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 21. Mert Çelik, 22. Musa Qurbanlı, 24. Rauf Rüstəmli.
Baş məşqçi: Fernandu Santuş
Macarıstan: 12. Balaj Tot, 6. Villi Orban, 7. Loik Neqo, 15. Marton Dardai, 14. Bendequz Bolla, 18. Jolt Naqi, 13. Andras Şefer, 21. Aleks Tot, 20. Roland Sallai, 10. Dominik Soboslai, 19. Barnabas Varqa.
Ehtiyat oyunçular: 1. Deneş Dibuş, 22. Peter Sappanoş, 2. Attila Osvat, 3. Botond Baloq, 4. Attila Moçi, 5. Qabor Salai, 8. Tamaş Nikitşer, 17. Kallum Staylz, 23. Kevin Çobot, 24. Bense Dardai, 25. Aron Çonqvai, 26. Milan Vitaliş.
Baş məşqçi: Marko Rossi.