Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib - 1:1. Qarşılaşmada millimizin qolunu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.