"Real Madrid"in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının ilk turunun oyununu buraxa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Fransız futbolçu xəstəlik səbəbindən komandanın axşam məşqini buraxıb.
"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mbappenin artıq özünü yaxşı hiss etdiyini, lakin "Əl-Hilal"la matçda iştirakına əmin olmadığını deyib. Qərar oyun ərəfəsində veriləcək.
"Real Madrid"in Səudiyyə Ərəbistanı təmsilçisi ilə görüşü bu gün, iyunun 18-də, saat 23:00-da baş tutacaq.