Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Liqa və Çempionlar yolunda mübarizə aparacaq komandalar (mümkün) rəqiblərini tanıyıblar.
Liqa yolu
Brann (Norveç) - Zalzburq (Avstriya)
Viktoria Plzen (Çexiya) və Servette (İsveçrə)
Reyncers (Şotlandiya) - Panatinaikos (Yunanıstan)
Çempionlar yolu
Levadia Tallinn (Estoniya)/RFS (Latviya) cütünün qalibi - İberiya (Gürcüstan)/Malmö (İsveç) cütünün qalibi
Jalgiris (Litva)/Hamrun Spartans (Malta) cütünün qalibi - Dinamo Kiyev (Ukrayna)
Pafos (Kipr) - Makkabi Təl-Əviv (İsrail)
Vikinqur (Faer adaları)/Linkoln (Cəbəllütariq) cütünün qalibi - Red Star Belqrad (Serbiya)
Noah (Ermənistan)/Buducnost (Monteneqro) cütünün qalibi - Ferentsvaroş (Macarıstan)
Lex (Polşa) - Eqnatia (Albaniya)/Breydablik (İslandiya) cütünün qalibi
Kopenhagen (Danimarka) - Drita (Kosovo)/Differdanj (Lüksemburq) cütünün qalibi
Riyeka (Xorvatiya) – Ludoqorets (Bolqarıstan)/Dinamo Minsk (Belarus) cütünün qalibi
The Nyu Saints (Uels)Şkendiya (Şimali Makedoniya) cütünün qalibi - FCSB (Rumıniya)/İnter (Andorra)
Slovan (Slovakiya) - Virtus (San Marino)/Zrinski (Bosniya və Herseqovina) cütünün qalibi
Şelburn (İrlandiya)/Linfild (Şimali İrlandiya) cütünün qalibi - Qarabağ (Azərbaycan)
KuPS (Finlandiya)/Milsami (Moldova) cütünün qalibi - Olimpia (Sloveniya)/Kayrat (Qazaxıstan) cütünün qalibi
İkinci mərhələnin ilk oyunları 22-23, cavab görüşləri 29-30 iyulda baş tutacaq.