"İnter Mayami"nin ulduz müdafiəçisi Jordi Alba klublararası dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaqları PSJ ilə oyundan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, AS ispaniyalı futbolçunun fikirlərini belə təqdim edib:
"Bu, klub üçün böyük nailiyyətdir. İndi biz PSJ ilə qarşılaşmalıyıq - və bu, çox çətin olacaq. Görək, dözə biləcəyikmi?
Biz onların oyunçularını, məşqçilərini, Luis Enrikeni tanıyırıq. Onun rəhbərliyi altında oynamaq mənə qismət olub və həmişə onun dünyanın ən yaxşısı olduğunu demişəm. Biz onları məğlub etməyə çalışacağıq. Niyə də olmasın? Bu futboldur. Görək nə qədər irəli gedə bilərik”.
Xatırladaq ki, “İnter Mayami” qrup mərhələsinin üçüncü turunda “Palmeyras”la 2:2 hesablı heç-heçə edib və qrup ikincisi kimi pley-offa yüksəlib.
Mirağa