"Bayern Münhen"in təcrübəli hücumçusu Tomas Müller bəzi futbolçuların ABŞ-də keçirilən klublararası dünya çempionatında havanın hərarətinin yüksəl olmasından şikayətlənmələrinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:
"Biz peşəkarlarıq və yaxşı formada olmalıyıq. Kimsə mənim kimi demək olar ki, 36 yaşında 90 dəqiqə istidə qaça bilirsə, deməli, bunu hamı etməlidir. Qısası, isti bəhanə ola bilməz".
Xatırladaq ki, "Bayern" 1/8 finalda "Flamenqo" ilə üz-üzə gələcək.
Nihat