"Barselona"nın yarımmüdafiəçisi Noa Darveyk Almaniyaya qayıdır.
Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu "Ştutqarta" keçməyə yaxındır. Tərəflər artıq transferin bütün şərtləri ilə bağlı razılığa gəliblər. Almaniyalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi və bundan sonra şvabiyalılarla müqavilə imzalayacağı bildirilir.
Noh Darveyk 2023-cü ilin yayında Frayburqdan "Barselona"ya cəlb olunub. Hücummeyilli yarımmüdafiəçi əsasən Kataloniya təmsilçisinin ikinci komandasında çıxış edib və bir neçə dəfə iştirak ərizəsinə daxil edilsə də, heç vaxt əsas komandada debüt etməyib. "Transfermarkt" almaniyalının dəyərini 2 milyon avro qiymətləndirir.
Mirağa