Braziliyalı ulduz Vinisius Junior "Real Madrid" ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.
Mənbənin məlumatına görə, tərəflər bütün detalları həll etmədikləri üçün hələ ki, müqavilə imzalamayıblar. Tam razılıq əldə olunacağı təqdirdə 24 yaşlı hücumçu "kral klubu"nun ən çox maaş alan futbolçusu olacaq. Tərəflər arasında yeni müqavilənin müddəti 2030-cu ilə qədər hesablanacaq.
Vinisius 2018-ci ildən “Real”da çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir. Braziliyalının bazar dəyəri 170 milyon avro olaraq qiymətləndirilir.
Mirağa