"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand klublararası dünya çempionatında "Yuventus"la matçda qol vurub.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" Turin komandasına 5:2 hesabı ilə qalib gəlib.
Oyunun 52-ci dəqiqəsində komandasının üçüncü qolunun müəllifi olan Holand karyerasında vurduğu qolların sayını 300-ə çatdırıb.
24 yaşlı ulduz forvard “Mölde” karyerasında 20, “Zalsburq”da 29, “Borussiya Dortmund”da 86, “Mançester Siti”də 123 və Norveç millisinin heyətində 42 dəfə fəqrlənib.
Xatırladaq ki, “Mançester Siti” Xosep Qvardiolanın rəhbərliyi altında klublararası dünya çempionatında öz qrupunda birinci yeri tutub. İngiltərə nəhəngi 1/8 finalda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə qarşılaşacaq.
Mirağa