"Mançester Yunayted" qapıçısı Tom Hitonla müqaviləni uzadıb.
Fanat.Az xəbər verir ki, mankunianlılar bu barədə rəsmi saytı üzərindən məlumat yayıblar.
"Qırmızı şeytanlar" 39 yaşlı qolkiperlə əməkdaşlığı 2026-cı ilin yayına kimi davam etdirəcək.
Hiton hazırda komandanın üçüncü qapıçısıdır. O, "Mançester Yunayted"in öz yetirməsidir.