“Udineze”nin qapıçısı Maduka Okoye idman dələduzluğunda şübhəli bilindiyi üçün federal prokuror tərəfindən istintaqa cəlb olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı “Corriere dello Sport” yayıb.
Mənbənin məlumatına görə, onun 11 mart 2024-cü il tarixində A Seriyasında “Latsio” ilə matçın gedişində aldığı sarı vərəqə şübhəli bilinib. Onun 64-cü dəqiqədə, “Udineze” 2:1 hesabı ilə öndə olduğu zaman aldığı vərəqənin sifarişə əsasən mərc edildiyi şübhə doğurub. Məlum olub ki, Okoye digər üç şəxslə birlikdə mərc oyunçusu ilə əvvəlcədən razılığa gəlib. Səkkiz dəfə mərcə qoşulan qapıçı 120 min avrodan çox uduş əldə edib.
Okoye Udine polisi tərəfindən dələduzluqda iştiraka görə cinayət təhqiqatna cəlb olunub və dörd ilə qədər həbs təhlükəsi ilə üzləşib.
Mirağa