Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sabah”ın rəqibi olacaq Sloveniyanın “Sele” klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub müdafiəçisi Neyts Ayxmayer ilə yolları ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sloveniyalı futbolçu son 4 ildə heyətində olduğu "Sele"ni "Mura"ya dəyişib.
22 yaşlı sağ cinah müdafiəçisi son 1 ili zədə səbəbindən meydana çıxmayıb.
Qeyd edək ki, “Sele” UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 10-da “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra rəqib meydanında baş tutacaq.