“Sabah”ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Sloveniyanın “Sele” komandası ilə keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bakıdakı ilk görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Tergeussizov və Sergey Kalaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deşepi, VAR köməkçisi isə qazaxıstanlı Aidin Tassibayev olacaq.
Sloveniyada baş tutacaq cavab qarşılaşması isə bolqarıstanlı hakimlərə həvalə olunub. Baş hakim Draqomir Draqanov olacaq. Ona Xristo Haciyiski və Krasimir Atanasov kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Jivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.