“Sabah” futbolçusu Vinsent Till ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün sonunda müqaviləsinin müddəti başa çatan lüksemburqlu yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.