“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" Murad Xaçayevlə anlaşıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Murad milli komandamızın heyətində 1 oyun keçirib.