ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyunda Braziliyanın iki təmsilçisi - “Palmeyras” və “Botafoqo” üz-üzə gəlib.
Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə olunmuş vaxtda, 100-cü dəqiqədə Paulinyonun qolu sayəsində qələbə qazanan “Palmeyras” 1:0 hesabı ilə qələbə qazanıb. 116-cı dəqiqədə "Palmeyras"ın müdafiəçisi Qustavo Qomeş meydandan qovulsa da, sözügedən komanda üstünlüyünü əldən verməyib.
Beləliklə, “Palmeyras” 1/4 finala vəsiqə qazanıb.