"Sabah" müdafiəçisi Sofian Çakla ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Çakla 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.